Ermənistan Baş Prokurorluğu Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın Çexiyadan ekstradisiya olunduğunu bildirib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onun ekstradisiya görüntüləri internetdə yerləşdirilib.
Xatılradaq ki, Narek Sarkisyan dekbarın 6-da beynəlxalq axtarışa verilib. O, “adam oğurluğu” və “qəsdən sağlamlığa orta ağır xəsarət yetirmə” maddələri ilə axtarışa idi.
Praqada o, Honduras vətəndaşı Franklin Qonsalesin adına olan saxta pasportla gizlənirdi.