Modern.az

Özbəkistanda parlament seçkiləri keçirilir

Özbəkistanda parlament seçkiləri keçirilir

Dünya

22 Dekabr 2019, 09:34

Bu gün Özbəkistan parlamentinin Ali Məclisinə seçkilər keçirilir.

 

Modern.az xəbər verir ki, vətəndaşlar qeydə alınmış 5 siyasi birlik tərəfindən irəli sürülən 750 namizəddən 150 deputat seçməlidirlər. Seçkilərdə iştirak edən beş siyasi partiya - “Milli Dirçəliş” Demokratik Partiyası, Xalq Demokratik Partiyası, Özbəkistan Liberal Demokrat Partiyası, “Ədalət” Sosial-Demokrat Partiyası və Özbəkistan Ekoloji Partiyasıdır.  

 

Səsvermə üçün 10 260 seçki məntəqəsi yaradılıb, onların 55-i dünyanın 36 ölkəsində formalaşdırılıb.

 

Özbəkistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki siyahılarına 20,5 milyon seçicinin adı salınıb, 1,7 milyon vətəndaş isə xarici ölkələrdə səs verəcək.

 

Seçkiləri 800-dən çox beynəlxalq, 140 min yerli müşahidəçi, o cümlədən Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, ATƏT, ATƏT Parlament Assambleyası və digər beynəlxalq təşkilatların nümayəndələri izləyir.

 

Səsvermə yerli vaxtla 08:00-da başlayıb və 20:00-da başa çatacaq.

 

Qeyd edək ki, seçicilərin ümumi sayının ən azı 33 faizi iştirak edərsə, seçki etibarlı sayılır. Qalib 50 faizdən çox səs toplamalıdır. 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi