Modern.az

Bakıda 26 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakıda 26 yaşlı gənc ürəyindən bıçaqlandı

26 Dekabr 2019, 00:44

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən "Lotos" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, Hacıqabul rayonu Talış kənd sakini 1993-cü il təvəllüdlü Mayılov Sirac Əlizadə oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Xəstənin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi