2019-cu il sarı donuz simvolu altında keçdi. Bu ildə beynəlxalq aləmdə yenə də gərgin və həyəcanlı anlar yaşandı, ölkələrin, xalqların taleyinə əhəmiyyətli təsir göstərən siyasi proseslər cərəyan etdi.
Modern.az 2019-ci ilin beynəlxalq aləmdə yadda qalan ən önəmli hadisələrini təqdim edir.
Honkonqda etirazlar
İyunun 9-da Honqkonqda etiraz aksiyaları başladı. Ayın ortalarında küçələrə 2 milyon insan çıxmışdı. Sentyabrın 4-də Honkonq administrasiyasının rəhbəri Kerri Lem aksiyaların başlanmasına səbəb olan Çinə ekstradisiya ilə bağlı qalmaqallı qanunu geri çəksə də, etirazlar bitmədi.
Əksinə, yerli sakinlər administrasiya rəhbərinin birbaşa xalq seçkisi ilə müəyyən olunmasını və polisin aksiyaları dağıdan zaman həddən artıq çox güc tətbiq edilməsinin araşdırılmasını tələb edirlər.
Brexit və Boris Conson
İyulun 24-də Böyük Britaniya baş nazirinin səlahiyyətlərini Boris Conson icra etməyə başladı. Böyük Britaniyanın Avropa Birliyindən 2020-ci il yanvarın 31-nə qədər ayrılmalıdır. Ekspertlər Brexit-in Böyük Britaniya iqtisadiyyatına ciddi ziyan vuracağını ehtimal edir.
Raket razılaşmasının sonu
Avqustun 2-də ABŞ hələ 1987-ci ildə SSRİ ilə imzaladığı yaxın və orta mənzilli raketlərin ləğvi barədə müqavilədən çıxdı. Bu ABŞ-a 500-5500 kilometr məsafədə hədəfi vura biləcək raketlərin istehsalına şərait yaratdı. Avqustun 18-də ABŞ-ın müqaviləni pozduqdan sonra keçirdiyi yeni raket sınaq Çin və Rusiyanın ciddi narazılığına səbəb oldu.
ABŞ-da kütləvi qətliam
Avqustun 3-də ABŞ-ın El-Paso şəhərində silahlı şəxs marketə daxil olaraq insanlara atəş açıb. Silahlı insident zamanı 20 nəfər öldürülmüş, 26 nəfər isə xəsart almışdı.
Rusiyanın gizli hərbi obyektində partlayış
Avqustun 8-də Arxangelsk vilayətinin Severodvinsk şəhərində nüvə enerjisi ilə işləyən müasir qanadlı raket partlamışdı. “Buravestnik” adı verilən raketin partlaması zamanı nüvə mərkəzinin 5 əməkdaşı həlak olub. Hadiasədən sonra ərazidə radiasiya fonunun artması müşahidə edilib.
Sibir və Amazoniyada yanğınlar
Bu il Sibir və Amazonda yanğınlar geniş miqyas alıb. Yanan meşlərə 15 milyon hektardan artıq sahəni əhatə edib. Şimal yarımkürəsində isə buzlaqlar görünməmiş sürətlə əriyirdi.
İraqda kütləvi etirazlar prezidentin istefası ilə nəticələndi
Oktyabrın 1-də Bağdad və İraqın digər şəhərlərində kütləvi etirazlar başladı. 18 vilayətdən 12-də kütləvi aksiyalar başladı. Oktyabrın 4-də İraq təhlükəsizlik qüvvələri insanlara atəş açdı və 100-dən artıq insan həlak olmuşdu. Dekabrın 26-da İraq prezidenti Barxan Saleh parlamentə istefası barədə müraciət də etmişdi.
Türkiyə Suriyaya hərbi müdaxilə edir
Oktyabrın 9-da Türkiyə Suriyanın şimal-şərqində “Barış çeşməsi” əmələiyyatına başladı. ABŞ buna etiraz etsə də, Türkiyə ordusu sərhədi boyu 30 kilometr ərazidə təhlükəsizlik zolağı yaratdı.
Kataloniya separatçılarına 100 il həbs cəzası
Oktyabrın 14-də İspaniya Ali Məhkəməsi 9 kataloniyalı siyasətçiyə 9 ildən 13 ilə qədər həbs cəzası verdi. Onlar 2017-ci ilin oktyabrında Kataloniyanı İspaniyadan ayırmaq cəhdlərinə görə mühakimə olundular. Hökmdən sonra minlərlə insan küçələrə çıxaraq etiraz etmişdi.
Çilidə qanlı etirazlar
Oktyabrın 19-da Çilidə kütləvi etirazlara görə, fövqəladə hal elan olundu. Bu metroda gediş haqlarının artırılmasına görə baş vermişdi. Son illər bu Latın Amerikası ölkələrində ən kütləvi etirazlar idi.
İŞİD lideri öldürüldü
ABŞ lideri Donald Tramp İŞİD lideri Əbu Bəkr Əl Bağdadinin məhvi barədə elan verdi. O, terrorçu liderin qorxu içində öldüyünü və üzərindəki “şəhid kəməri”ni partlatdığını deyib. Tramp amerikalı hərbçilərin Bağdadinin ehtimal olunan varisini də aradan götürdüyünü söyləyib. İŞİD-in yeni lideri Əbu İbrahim əl-Haşimi elan olunub.
Moralesin devrilməsi
Boliviya lideri Eva Morales oktyabr ayında 4-cü dəfə ölkə başçısı seçildi. Bu kütləvi xalq etirazlarına səbəb oldu və noybarın 12-də Morlaes hərbi qiyamdan sonra ölkəni tərk etdi. Morlaes hazırda Meksikada yaşayır.
Avropa Birliyinin yeni rəhbərliyi
Dekabrın 1-də Avropa İttifaqı yeni rəhbərlik seçdi. Avropa Komissiyasının sədri Almaniyanın müdafiə naziri Ursula fon der Layen seçildi. 7 uşaq anası olan Layen Avropa Birliyinə rəhbərlik edəcək ilk qadındır.
Rusiya idmansız qaldı
Dekbarın 9-da Ümudünya Antidopinq Agentliyi Rusiyanı beynəlxalq yarışlardan – Olimpiada və Dünya çempionatlarından kənarlaşdırdı. Rusiyalı atletlər yalnız dopinq qəbul etmədiklərini sübita yetirəcəyi halda yarışlara buraxıla bilər. Bu zaman da onlar neytral bayraq altında çıxış etməli olacaqlar.
Məktəbli iqlim dəyişikliyinə etiraz etdi
Dekabrın 11-də ekoloji fəal Qreta Tunberq “Time” jurnalı tərəfindən “ilin adamı” elan olundu. Onun məşhurluğu sentyabrda BMT Baş Assambleyasının İqlim Sammiti çərçivəsində emosional çıxış ilə bağlıdır. Tunberq siyasətçiləri iqlim dəyişikliyi ilə kifayət qədər mübarizə aparmamaqda ittiham edib.
Trampın impiçmenti
Donald Tramp dekabrın 19-da barəsində impiçment elan olunan 3-cü ABŞ prezidenti kimi tarixə düşdü. Nümayəndələr Palatası onun barəsində hakimiyyətdən sui-istifadə və Konqresin fəaliyyətinə mane olmaq ittihamı ilə hökm çıxardı.
ABŞ “Şimal axını-2”yə qarşı sanksiya tətbiq etdi
Dekabrın 21-də ABŞ lideri Donald Tramp Rusiyanın “Şimal axını-2” layihəsinə qarşı sanksiyaları nəzərdə tutan qərar imzaladı. Həmən gün tikinti işlərini həyata keçirən İsveçrənin “Allseas” şirkəti qaz xəttinin tikintisini dayandırdı.
I HİSSƏ