Modern.az

İranda daha bir zəlzələ

İranda daha bir zəlzələ

Dünya

2 Yanvar 2020, 11:38

İranın şərqində 5,8 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə İranın Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Təkanlar yerli vaxtla 04:29-da (Bakı vaxtı ilə 08:29-da) qeydə alınıb.

 

Zəlzələnin episentri Xorasan-Rəzəvi əyalətində olduğu bildirilir. 

Zəlzələnin ocağı 8 kilometr dərinliyə təsadüf edib. Hazırda dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi