İranın Əhvaz şəhərində ABŞ hərbi qüvvələrinin öldürdüyü İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymani ilə vida mərasimi başlayıb.

 

Modern.az Unikal.org-a istinadən xəbər verir ki, vida mərasimində maraqlı anlar yaşanıb. Mərhum İran generalı Q.Süleymaninin cənazəsinin Amerika istehsalı olan Chevrolet Silverado avtomobilində aparılması ciddi müzakirələrə səbəb olub.

 

Qeyd edək ki, Chevrolet, 1911-ci ildə yaradılan bir ABŞ avtomobil markasıdır. Adını qurucusu Louis Chevroletin soy adından götürülüb.