Ermənistanın Milli Təhlükəsizlik Xidməti Baş Nazir Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampı İran əleyhinə əməliyyatına görə təbrik etməsi barədə yanlış informasiya yayan feysbuk səhifəsinin sahibini yaxalayıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın “RİA Novosti” agentliyi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Bildirilib ki, keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində saxta “Diana Arutyunyan” səhifəsinin sahibinin şəxsiyyəti müəyyən edilib və o, Milli Təhlükəsizlik Xidmətinə aparılaraq hərəkətləri haqqında izahat verib.
Qeyd edək ki, xidmətin saytında saxlanılan şəxsin ifadəsinin yer aldığı video yerləşdirilib. O, saxta məlumatı Ermənistan hakimiyyətini nüfuzdan salmaq üçün yaydığını etiraf edib. Səhifə sahibi müxalif baxışlara malik olduğunu və Robert Koçaryanın həbsini qanunsuz hesab etdiyini bildirib. Hazırda faktla bağlı cinayət işi açılsa da, saxlanılan şəxsə qarşı hansı maddə üzrə ittiham irəli sürüldüyü açıqlanmır.