Xorvatiya Sosial-Demokrat Partiyasının sədri, keçmiş baş nazir Zoran Milanoviç prezident seçkilərində qalib gəlib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, səslərin 100%-I hesablandıqdan sonra o, 55%-lik seçici fəallığı fonunda 1 milyon 34 min nəfərin etimadını qazanıb.
Hazırkı ölkə başçısı Kolinda Qrabar-Kitaroviç isə 929 min seçicinin səsini toplayaraq məğlub olub. O, məğlubiyyətini hələ dünən etiraf etmişdi.
Xorvatiya Seçki Komissiyası ölkədə 3,855 milyon seçici tanıyıb.