İranın Kirman vilayətində keçirilən iranlı generalın dəfn mərasimində ölənlərin sayı artıb.
Modern.az-ın məlumatına görə, iranlı generalın dəfn mərasimində ölənlərin sayı 56-ya çatıb. Daha 213 nəfər isə yaralanıb.
***
İranın Kerman şəhərində general Qasım Süleymaninin dənf mərasimində sıxlıqdan ölənlərin sayı 50-yə çatıb.
Modern.az İran KİV-nə istinadən xəbər verir ki, yaralı sayı 230 nəfərə çatıb.
Yaralıları Kerman şəhərinin xəstəxanalarına yerləşdiriblər.
Xatırladaq ki, yanvarın 3-də Bağdad aeroportuna hava zərbəsi nəticəsində general Süleymani və daha 9 nəfər ölüb.