Modern.az

SON DƏQİQƏ: İran ABŞ-ın İraqdakı bazalarını vurdu! İlk görüntülər ...

SON DƏQİQƏ: İran ABŞ-ın İraqdakı bazalarını vurdu! İlk görüntülər ...

Dünya

8 Yanvar 2020, 08:57

İraqdan səhər saatlarında gələn son xəbərə görə, İran bu ölkənin Ərbil və Anbar şəhərlərindəki ABŞ hərbi hava bazalarına hücum edib. İran İnqilab Keşikçiləri Ordusunun hücumu ballistik raketlərlə həyata keçirdiyi öyrənilib.

 

ABŞ mərkəzli Al-Hurra TV kanalının Yaxın Şərqdə yayımlanan Ayn Əl-Əsəd bazasında çəkiliş görüntüləri yayımlanıb.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Ordusu ABŞ qoşunlarının İraqın Anbar əyalətində yerləşdiyi Ayn əl-Əsəd aviabazasına ballistik raketlərlə hücum edib.

 

Hücumda ölən və ya yaralananların sayı barədə hələ məlumat verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?