Modern.az

Tramp Süleymaninin ABŞ səfirliyini partladacağını iddia edir - VİDEO

Tramp Süleymaninin ABŞ səfirliyini partladacağını iddia edir - VİDEO

9 Yanvar 2020, 22:29

"Amerika Birləşmiş Ştatlarının hərbçiləri tərəfindən öldürülən İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") Qüds qanadının komandiri, general Qasım Süleymani ABŞ səfirliklərindən birininin binasını partlatmağı planlaşdırırdı".

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. 

"Belə deyəcəm - biz əsl bədheybəti tutduq. Biz onu zərərsizləşdirdik. Bu çoxdan çox olmalı idi. Biz bunu etdik, çünki onlar bizim səfirliyimizi partlatmaq istəyirdilər",- deyə D.Tramp bildirib.

Amma Tramp söhbətin ABŞ-ın məhz hansı diplomatik nümayəndəliyindən getdiyini açıqlamayıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi