Modern.az

Türkiyəli nazirlər təcili Moskvaya gedir

Türkiyəli nazirlər təcili Moskvaya gedir

10 Yanvar 2020, 16:23

Xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulisi Akar və MİT (Milli Kəşfiyyat Xidməti) direktoru Hakan Fidan Rusiyaya səfər edəcək.

 

Modern.az  Türkiyə KİV-ə istinadən xəbər verir ki, bazar ertəsi Moskvada baş tutacaq görüşdə gündəm Liviya və İdlib məsələsi olacaq.

Qeyd edək ki, Liviyanın şərqində yerləşən silahlı qüvvələrin lideri General Xəlifə Haftar Rusiya və Türkiyənin 12 yanvar tarixindən atəşkəs elan edilməsi ilə bağlı çağırışını qəbul etməmişdi. General Xəlifə Hater öz nitqində də bildirmişdi ki, Rusiyanın çağırışını normal qəbul edir, ancaq hərbi əməliyyatları dayandırmaq kimi bir fikri yoxdur.

 

Qeyd edək ki, Xəlifə Haftarın ordusu Liviyanın bir sıra şəhərlərini nəzarət altına alıb.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi