Modern.az

“Etirazçılara 1 güllə də atmamışıq” – Tehran polisinin rəisi

“Etirazçılara 1 güllə də atmamışıq” – Tehran polisinin rəisi

Dünya

13 Yanvar 2020, 18:00

Tehran polisi etiraz aksiyasının dağıdılması zamanı odlu silahdan istifadə olunmasına dair məlumatları təkzib edib.

 

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, polis sosial şəbəkələrdə bununla bağlı yayılan məlumatlara reaksiya verib.

“Etirazlar zamanı polis bir dəfə olsun atəş açmayıb. Çünki əməkdaşlara sakitiyini qorumaq tapşırılmışdı”-deyə Theran polisinin rəisi Hüseyn Rəhimi açıqlama verib.

 

İranda kütləvi etirazlar hökumətin “Ukrayna Hava Yolları”na aid sərnişin təyyarəsini səhvən vurduğunu etiraf etməsi ilə başlamışdı.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi