Modern.az

Türkiyədə zəlzələ qurbanlarının sayı 31 nəfərə çatıb

Türkiyədə zəlzələ qurbanlarının sayı 31 nəfərə çatıb

26 Yanvar 2020, 09:17

Türkiyənin Fövqəladə Vəziyyətlər və Təbii Fəlakətlər üzrə İdarəsi (AFAD) Elazığ şəhərinin Sivricə rayonunda yanvarın 24-də meydana gələn 6,8 ballıq zəlzələ qurbanlarının sayının artaraq 31 nəfər çatdığını açıqlayıb.

 

Modern.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bölgəyə  9 min 545 çadır, ehtiyac duyulan qida və yaşayış üçün lazım olan əşyalar göndərilib.

 

76 binanın uçduğu, 642 binaya ziyan dəydiyi, 425-ində isə yüngül zədələr olduğu müəyyən edilib.

 

Dağıntılar altından 45 nəfər xilas edilib. 1556 nəfər isə xəstəxanaya yerləşdirilib.

 

Zəlzələdən sonra 599 yeraltı təkan qeydə alınıb.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?