Modern.az

Xaricdə yaşayan çinlilər ölkələrinə qaytarılır

Xaricdə yaşayan çinlilər ölkələrinə qaytarılır

31 Yanvar 2020, 11:31

“Çin xaricdə yaşayan vətəndaşlarını ölkəyə qaytaracaq”.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, vətəndaşların Çinə qaytarılması ilə bağlı məlumatı Çinin Xarici İşlər Nazirliyinin sözçüsü verib. Çinin virus yayılan Hubey əyalətindəki, xüsusilə Uhan şəhərinin Çin xaricində yaşayan sakinləri üçün mülki aviasiya təyyarəsi ayrılıb.

Sakinlərin Çinə qaytarılmasında məqsədin onların ölkə xaricində yaşadığı çətinliklərlə əlaqəli olduğu deyilib.

 

Qeyd edək ki, Çinin Uhan şəhərində meydana gələn və sürətlə yayılan koronavirus epidemiyasında ölüm sayı 213-ə çatıb. Ölkədə son 24 saat ərzində virusla əlaqədar 43 ölüm faktı  və 1982 nəfərdə yoluxma  aşkar edilib.102 mindən çox insan isə müşahidə altındadır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi