Londonun cənubunda naməlum şəxs bıçaqla ətrafdakılara hücum edib.
Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Stretem rayonunda kişi silahlı polis zabitləri tərəfindən güllələnib.
Məlumatda bildirilir ki, bir neçə nəfər bıçaq xəsarəti alıb:
"Hadisənin başvermə şəraiti müəyyənləşdirilir. Hüquq-mühafizə orqanları hesab edirlər ki, hadisə terrorçuluqla əlaqəli ola bilər”.
Qeyd edək ki, yaralıların dəqiq sayı açıqlanmır.