Modern.az

Çində koronaviruslu pasientlər üçün xəstəxana 10 günə tikildi

Çində koronaviruslu pasientlər üçün xəstəxana 10 günə tikildi

Dünya

3 Fevral 2020, 14:05

Çinin Uxan şəhərində korovirus xəstələri üçün inşa olunan xəstəxana 10 gün ərzində tikilərək istifadəyə verilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yanvarın 23-də başlayan tikinti işləri fevralın 3-də başa çatıb.

1000 çarpayılıq xəstəxana artıq xəstələri qəbul etməyə başlayıb. Çin hökuməti Uxan şəhərində 1300 çarpayılıq yeni xəstəxana korpusunun isə 6 fevralda təhvil veriləcəyini elan edib.  

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi