Modern.az

Taksi sürücüləri koronavirusdan qorunmaq üçün əleyhqaz TAXDILAR

Taksi sürücüləri koronavirusdan qorunmaq üçün əleyhqaz TAXDILAR

4 Fevral 2020, 16:07

Rusiyada taksi sürücüləri virusdan qorunmaq üçün xüsusi paltar və maskalar geyinib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Monqolustan və Qazaxıstan sərhəddində yerləşən, Çin sərhəddinə çox yaxın olan Omskda əhalinin koronavirusa qarşı narahatlığı davam edir. Bu səbəbdən insanlarla sıx təmasda olan taksi sürücüləri, xüsusilə nüvə partlayışı zamanı istifadə edilən əleyhqazlar və geyimlərdən istifadə edib.

 

Bu hal taksidən istifadə edən insanlarda məmnunluq hissi yaradıb.

 

Qeyd edək ki, Rusiyada iki nəfərin koronavirusa yoluxması barədə məlumatlar yayılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi