Modern.az xəbər verir ki, bunu qardaş Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu özünün feysbuk hesabında yazıb.
"Allah Ay-ulduz uğrunda mübarizə aparan qəhrəmanlarımızı qorusun!", - deyə Çavuşoğlu Suriya səmasında döyüşən türk pilotunun fotosunu paylaşıb.
Xatırladaq ki, fevralın 27-də Suriyanın İdlib şəhərində Əsəd rejimi qüvvələri Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinə hücum edib. Nəticədə 36 türk əsgəri şəhid olub. Türkiyə buna cavab olaraq, Suriyada "Bahar qalxanı" hərbi əməliyyatlarına başlayıb.
T.İSMAYIL