Təxminən 1 saatdan sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında görüş keçiriləcək.
Modern.az xəbər verir ki, Kreml görüş öncəsi məlumat yayıb.
“Putinin Moskvaya işgüzar səfərlə gələn türkiyəli həmkarı ilə görüşü olacaq. Görüş təkbərək formatda və ehtiyac yaransa, məhdud heyətlə baş tutacaq”- deyə Putinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Görüşdə Suriyanın İdlib vilayətindəki vəziyyət müzakirəyə çıxarılacaq. Tərfələr görüş barədə razılığı fevralın 28-də telefon danışığı zamanı qərara almışdılar.