Modern.az

Ukrayna prezidenti ölkəsini “deşilmiş gəmi” adlandırdı

Ukrayna prezidenti ölkəsini “deşilmiş gəmi” adlandırdı

Dünya

8 Mart 2020, 09:17

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsini deşilmiş gəmiyə bənzədib.

 

Modern.az-ın məlumatına görə, İngiltərənin "Qardian" qəzetinə müsahibə verən Zelenski Ukraynada davamlı olaraq ortaya çıxan problemləri gəmilərdə yaranan dəliyə, problemlərin həll edilməsi işlərini isə "dəlikləri bağlamaq cəhdi"nə bənzədib.

 

Zelenski "Hər yerdə dəliklər var və onları əllərinlə və ayaqlarınla bağlamağa çalışırsan. Biz belə yaşayırıq. Dəlikləri bağlayırıq", - deyə bildirən zaman isə jurnalist Ukraynanın "batan gəmiyə" bənzədiyini söyləyib.

 

Prezident jurnalistə cavab olaraq “Ancaq biz batmırıq” deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular