Modern.az

Koçaryanın səhhəti həbsxanada pisləşdi

Koçaryanın səhhəti həbsxanada pisləşdi

8 Mart 2020, 16:59

Ermənistanın ikinci prezidenti Robert Koçaryan, qan təzyiqinin qəfil dəyişməsi və sağlamlığının pisləşməsi səbəbilə martın 7-si gecə saatlarında “Nairi” Tibb Mərkəzinə yerləşdirilib.

 

Modern.az bildirir ki, bu barədə “Novosti Armeniya”ya ikinci prezidentin ofisindən məlumat verilib.

 

Müalicənin xarakteri haqqında qərar aparılan müayinələrin nəticələri bəlli olandan sonra qəbul ediləcək.

 

Ofis rəhbəri agentliyə bildirib ki, Ermənistanın ikinci prezidentinin səhhəti hazırda nisbətən yaxşıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi