Modern.az

Haftara böyük zərbə: Silah anbarı vuruldu

Haftara böyük zərbə: Silah anbarı vuruldu

8 Mart 2020, 17:57

Liviya Milli Razılıq Hökumətinə məxsus hərbi qüvvələr paytaxt Tripolinin cənubundakı Suk əl-Əhəd bölgəsində Xəlifə Haftar qüvvələrinə məxsus silah anbarını məhv edib.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Razılıq Hökuməti qüvvələrinin sözçüsü Məhəmməd Kununu məlumat verib.

 

Kununun sözlərinə görə, əməliyyat Haftar qüvvələrinin qeyri-döyüş zonasında yerləşən mülki əhalini atəşə tutmasına cavab olaraq keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular