Modern.az

Bu ölkədə koronavirusa yoluxanların sayı artdı

Bu ölkədə koronavirusa yoluxanların sayı artdı

Dünya

8 Mart 2020, 21:36

Malayziya hakimiyyəti koronavirusa yoluxmanın altı yeni hadisəsi barədə məlumat verib, yoluxmuş şəxslərin ümumi sayı 99 nəfərə çatıb.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Baş direktoru Hişama Abdulun yaydığı bəyanatda deyilir: "Bütün yeni yoluxma halları virusun əvvəlki yayılma ocaqları ilə bağlıdır. Bu günə 41 nəfər tam sağalıb, lakin iki nəfərin vəziyyəti kritik olaraq qiymətləndirilir".

Qeyd edək ki, xəstəliyin əsas yayıldığı Çində 3 mindən çox ölüm halı qeydə alınıb, 57 min nəfər sağalıb, yoluxma hadisələrinin sayı 80,7 min nəfərə çatıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular