Çində koronavirusdan son sutka ərzində 22 nəfər ölüb, 40 yeni yoluxma halı qeydə alınıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bütün dünyada virusa yoluxanların sayı 107 mini keçib.
Çində COVİD-19 3119 nəfərin həyatına son qoyub. Sutka ərzində 1535 nəfər sağalaraq evə buraxılıb.
Beləliklə, Çində koronavirusa yoluxan 80 735 nəfərdən 58,6 mini artıq sağalaraq evə buraxılıb.