"Amazon.com" şirkətinin qurucusu və dünyanın ən zəngin insanı hesab edilən Cefff Bezos bir gündə 5.6 milyard dollar ziyan edib.
Modern.az xəbər verir ki, bazar iqtisadiyyatında qiymətlərin kəskin şəkildə aşağı düşməsindən ən çox təsirlənən sahibkarlardan biri də məhz Ceff Bezosdur. Koronovirusun yol açdığı iqtisadi fəsadlardan sonra dünya neft bazarında qara qızılın da qiymətinin aşağı düşməsi Bezos kimi bir çox sahibkarlara ciddi ziyan vurub.
Qeyd edək ki, 118 milyard dollar sərvəti olan Ceff Bezos baş verən iqtisadi böhranlar sonrası ümumilikdə 6 milyard dollar ziyana uğrayıb.