ABŞ-da koronavirusa yoluxanların və bu virusa yoluxma səbəbindən dünyasını dəyişənlərin sayı durmadan artır.
Modern.az “nytimes.com”a istinadla xəbər verir ki, koronavirusa yoluxma halı ABŞ-ın 46 ştatında qeydə alınıb və 1660 nəfərin virusa yoluxması analiz testləri vasitəsilə təsdiq olunub. Birləşmiş Ştatlarda bu virusa yoluxma səbəbindən ölənlərin sayı 41-ə çatıb.
Qeyd olunur ki, koronavirusa yoluxma halı və bu səbəbdən dünyasını dəyişənlər ən çox Vaşinqton ştatında qeydə alınıb və bu şəhərdə 420 nəfərin virusa yoluxduğu və 31 nəfərin dünyasını dəyişdiyi bildirilir.
Virusun yayıldığı ştatlar arasında ən az yoluxma halı Oreqon ərazisində qeydə alınıb. Belə ki, Oreqon ştatında virusa yoluxanların sayı 29 nəfərdir və bu ştatda adı çəkilən virusa yoluxma səbəbindən ölüm faktı qeydə alınmayıb.