Modern.az

Bir gündə koronavirusdan 10 nəfər öldü

Bir gündə koronavirusdan 10 nəfər öldü

15 Mart 2020, 09:56

Ötən gün ərzində Çində koronavirus qurbanlarının sayı daha 10 nəfər artıb.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

Qeyd edilir ki, son gün ərzində ölkədə koronavirusa daha 20 nəfər yoluxub, 1 370 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

 

Məlumata görə, Çində koronavirus xəstələrinin ümumi sayı 80 844 nəfərdir. Ölkədə ümumilikdə 65 900 nəfər sağalıb, daha 3 199 nəfər virusun qurbanı olub.

 

Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi