İtaliyadan təxliyyə edilən Ermənistan vətəndaşları Yerevana yerləşdirilib.
Modern.az yerli KİV-ə istinadla xəbər verir ki, həmin vətəndaşlar 2 həftə müddətində karantinə yerləşdiriləcək.
Bu arada, baş nazir Nikol Paşinyanın 2-ci dəfə verdiyi COVİD-19 testi də mənfi çıxıb. Beləliklə, Paşinyanda koronavirs tapılmayıb. Hökumət rəhbəri səlahiyyətlərinin icrasına başlayıb.
Ölkədə koronaviruslu xəstələrin əksəriyyəti Eçmiədzin şəhərindən olduğu üçün şəhərə giriş-çıxış bağlanıb. Eçmiədzin Ermənistanın dini mərkəzi sayılır.