Modern.az

Karantin qaydalarını pozanlar 6 ay müddətinə həbs olunacaq

Karantin qaydalarını pozanlar 6 ay müddətinə həbs olunacaq

Dünya

16 Mart 2020, 12:59

Norveç hökuməti digər ölkələrdən qayıdan bütün şəxslərin iki həftəlik karantinə alınması barədə qərar qəbul edib.

 

Modern.az xəbər verir ki, bu qərar martın 17-dən qüvvəyə minəcək.

 

Daha əvvəl karantin İsveç və Finlandiyadan qayıdanlara şamil olunmurdu.

 

Karantin qaydalarını pozan şəxslər cərimələnə və ya 6 ay müddətinədək həbs oluna bilər.

 

Qeyd edək ki, bu günədək Norveçdə koronavirusa yoluxanların sayı 1077 nəfərə çatıb. Üç nəfər vəfat edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi