İsveçrə Futbol Assosasiyasının prezidenti Dominik Blan koronavirusa yoluxub.
Modern.az xəbər verir ki, 70 yaşlı prezident ilk olaraq boğaz ağrıları və öskürəkdən əziyyət çəkdiyinə görə həkimə müraciət edib.
Test nəticəsində onun infeksiyaya yoluxduğu məlum olub.
İsveçrə mətbuatının yaydığı məlumata görə, Dominik Blanın virusa yoluxmasından sonra İsveçrə Futbol Assosasiyasının bütün əməkdaşları karantinə alınıb.