Modern.az

Türkiyə AVRO-2020-ni təkbaşına keçirməyi təklif etdi

Türkiyə AVRO-2020-ni təkbaşına keçirməyi təklif etdi

Dünya

17 Mart 2020, 00:56

Türkiyə AVRO-2020-ni təkbaşına keçirmək istəyini UEFA-ya təklif edib.

Modern.az  "Report"a istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın UEFA-nın prezidenti Aleksander Çeferinlə yaxşı münasibətlərinə ümid edir. Lakin bu məqamın köməyə yetişəcəyinin inandırıcı görünmədiyi bildirilir. Çünki UEFA çempionatı təxirə salmağı planlaşdırır.

Türkiyə tərəfinin əsas arqumenti koronavirusa yoluxanların sayının az sayda - 10 nəfərədək olmasıdır.

Qeyd edək ki, AVRO-2020 12 iyun - 12 iyulda qitənin 12 şəhərində, o cümlədən Bakıda keçirilməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi