Modern.az

Fransada insanların edən çıxması qadağan olunur

Fransada insanların edən çıxması qadağan olunur

Dünya

17 Mart 2020, 08:06

Fransa Prezidenti Emmanuel Makron bu gün saat 12:00-dan etibarən yeni növ koronavirus səbəbindən insanların evdən çıxışını məhdudlaşdıran qərar qəbul edəcəyini bildirib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Makron Yelisey sarayından yayımladığı xalqa müraciətində vətəndaşların tez-tez parklara gəzintiyə çıxdıqlarını və bunun doğru olmadığını, insanların həyatını təhlükəyə atdığını bildirib.

 

Bu səbəbdən ölkə miqyasında vətəndaşların sərbəst gəzmək haqları 15 gün müddətinə məhdudlaşdırılacaq. Market, xəstəxana və işə getmək sərbəst olacaq. Bu qərara riayət etməyənlər isə cəzalandırılacaq.

 

Qeyd edək ki, Fransada 5400 nəfər koronavirusa yoluxub, 120 nəfər dünyasını dəyişib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi