Modern.az

Dünyada sutka ərzində 11 mindən çox insan koronavirusa yoluxub

Dünyada sutka ərzində 11 mindən çox insan koronavirusa yoluxub

Dünya

18 Mart 2020, 07:56

Son 24 saat ərzində dünyada 11 mindən çox insan yeni koronavirusa yoluxub, 475 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında bildirilib.

 

ÜST-nin məlumatına görə, dünyada sutka ərzində 11.526 yeni yoluxma faktı qeydə alınıb. Beləliklə, hazırda dünyada yoluxanların ümumi sayı 179 112 nəfər təşkil edir.

 

Bundan əlavə, təşkilatın məlumatına görə, həmin müddətdə 475 nəfər koronavirusdan dünyasını dəyişib. Dünyada ölümlə nəticələnən halların ümumi sayı 7426 təşkil edib.

 

Qeyd olunur ki, ötən sutka ərzində virus 8 yeni ölkədə aşkarlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu