Modern.az

Şimali Makedoniyada fövqəladə vəziyyət elan edildi

Şimali Makedoniyada fövqəladə vəziyyət elan edildi

19 Mart 2020, 09:17

Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovski ölkədə fövqəladə vəziyyət rejimi elan edib.

 

Modern.az "TASS"a istinadla xəbər verir ki, fövqəladə vəziyyət rejimi yeni növ koronavirus (COVİD-19) səbəbindən tətbiq edilir.

 

Prezidentin sözlərinə görə, ilk dəfə fövqəladə vəziyyətin tətbiq olunması vəziyyətin və riskin nə qədər ciddi olduğunu göstərir.

 

Qeyd edək ki, Şimali Makedoniyada koronavirusa yoluxanların sayı 35 nəfər təşkil edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi