Modern.az

Gürcüstanda bütün ticarət obyektləri bağlanır

Gürcüstanda bütün ticarət obyektləri bağlanır

19 Mart 2020, 22:48

“Gürcüstanda ərzaq mağazaları və apteklərdən başqa bütün ticarət obyektlərinin bağlanması qərara alınıb”.

Modern.az  “Report”a  istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.

Onun sözlərinə görə, bank və poçt şəbəkəsi, yanacaq doldurma məntəqələri adi qaydada fəaliyyət göstərəcək.

G.Qaxaria deyib ki, hazırkı mərhələdə ölkədə fövqəladə vəziyyət elan etməyə ehtiyac yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi