Modern.az

Bu ölkədə koronavirusdan ölәnlәrin sayı 1400-ü keçdi

Bu ölkədə koronavirusdan ölәnlәrin sayı 1400-ü keçdi

Dünya

20 Mart 2020, 14:44

İranda yeni koronavirus (COVID19) nəticəsində indiyədək ölənlərin sayı 1 433 nəfərə çatıb.

 

Modern.az-ın məlumatına görə, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini Әlirza Rәisi deyib.

Ә.Rәisinin sözlərinə görə, ötən sutka ərzində 149 nəfər dünyasını dəyişib, 1 237 nәfәrin bu virusa yoluxması tәsdiqini tapıb. Ümumilikdə, 19 644 nəfər bu virusa yoluxub. 6 745 nәfәr isə sağalıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi