Modern.az

Dünyanın 4 avtomobil nəhəngi istehsalı dayandırdı – Koronavirusa görə

Dünyanın 4 avtomobil nəhəngi istehsalı dayandırdı – Koronavirusa görə

Dünya

20 Mart 2020, 16:15

Volvo, Jaguar, Land Rover və Bentley kimi nəhəng avtomobil istehsalçıları koronavirusun (Kovid-19) yayılması səbəbindən istehsalını dayandırmaq qərarına gəlib.

 

 

Modern.az xəbər verir ki, Volvo şirkətindən edilən rəsmi açıqlamada, koronavirus epidemiyasının bazarları zəiflətdiyi, istehsalda fasilələrə səbəb olduğu bildirilib. Şirkət rəsmiləri həmçinin  işçilərin sağlamlıq məsələsindən də narahat olduğunu deyiblər. Şirkətin bütün işçilərin sağlamlığını və təhlükəsizliyini üstün tutduğunu ifadə edilən açıqlamada, Volvo Belçika fabrikinin aprelin 5-dək bağlı qalacağı, İsveç və ABŞ-dakı fabriklərin isə martın 26-dan aprelin 14-dək istehsalı dayandıracağı bildirilib.

 

Jaguar, Land Rover-dən verilən məlumatda isə İngiltərədə koronavirusun yayılması səbəbi ilə istehsalın müvəqqəti olaraq dayandırıldığı qeyd olunub. Açıqlamada, şirkətin təkrar istehsala aprelin 20-də başlayacağı bildirilib.

Bentley şirkəti də istehsalı bu gündən etibarən dayandıraraq, səbəb kimi İngiltərədə pandemiyanın geniş yayıldığını göstərib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi