Martın 21-i saat 10:00-a olan məlumata görə, Ermənistanda koronavirusa yolaxanların sayı 160 nəfərə çatıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Rəsmi məlumata görə, bir gün öncə - 20 martda Ermənistanda bu virusa yoluxanların sayı 136 nəfər idi. Bu isə o deməkdir ki, son bir sutkada 24 yoluxma qeydə alınıb.
A.Qorxmaz