Modern.az

Dünyada koronavirusdan ölənlərin sayı 11 mini ötdü

Dünyada koronavirusdan ölənlərin sayı 11 mini ötdü

22 Mart 2020, 01:12

Dünyada koronavirusa yoluxanların sayı 266 min nəfərə çatıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

 

Məlumata görə, COVID-19 infeksiyasından 11 mindən çox insan vəfat edib.

 

Son məlumata görə, koronavirusa yoluxanların ümumi sayı 266 073 nəfərə çatıb. Yoluxma hallarının əksəriyyəti (128 541 nəfər) Avropada qeydə alınıb.

 

Həmçinin 11 184 ölüm hadisəsi barədə bildirilir. Dünyada sutka ərzində 32 min nəfər yeni yoluxma və 1 344 ölüm qeydə alınıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi