Şərqi Timor, Eritreya və Uqandada da ilk koronavirusa (COVID-19) yoluxma halı baş verib.
Modern.az xəbər verir ki, bu ölkələrin hər birində 1 nəfərdə koronavirus aşkarlanıb.
Bununla da pandemiyanın yayıldığı ölkələrin sayı 188-ə yüksəlib.
worldometers.info-nun statistik məlumatlarına əsasən, hazırda dünyada virusa yoluxanların sayı 304,675 nəfərdir.
Ötən sutka ərzində 1613 nəfər bu virusdan vəfat edib və bununla da koronavirusdan ölənlərin sayı dünya üzrə 13 000 nəfərə çatıb.
Virusa yoluxan 94,793 nəfər isə sağalıb.
Son sutkada ən çox yoluxma qeydə alınan ölkələr İtaliya (6,557), ABŞ (4,610), İspaniya (3,925), Almaniya (2,516), Fransa (1,847), İsveçrə (1,248) və Böyük Britaniya (1,035) olub. Cənub qonşumuz İranda isə ötən günə nisbətən az yoluxma aşkarlanıb - 966 nəfər.
Ötən gün ən çox ölüm isə İtaliya (793), İspaniya (285), İran (123) və Fransada (112) baş verib.
Dünya ölkələri üzrə koronavirusdan ən çox itki verən ölkə İtaliya (4,825), Çin (3,255), İran (1,556) və İspaniyadır (1,378).
T.İSMAYIL