Modern.az

İtaliyada vacib olmayan istehsalat müəssisələri bağlandı

İtaliyada vacib olmayan istehsalat müəssisələri bağlandı

Dünya

22 Mart 2020, 08:45

İtaliyanın Baş Naziri Cüzeppe Konte ölkədə ən önəmli məhsul istehsal etməyən bütün istehsal müəssisələrinin bağlanacağını elan edib.

 

Modern.az “TASS”-a istinadən xəbər verir ki, o bunu “Facebook”da canlı yayımda xalqa müraciətində bildirib.

 

“Yalnız mühüm məhsullara üstünlük verərək, bütün İtaliyada istehsal fəaliyyətlərini bağlamağa qərar verdik”, - Konte belə deyib.

 

“Sanitariya vəziyyətində fövqəladə vəziyyət iqtisadi bir fövqəladə vəziyyətə çevrilir, ancaq biz bunun öhdəsindən gələ bilərik”, - deyə baş nazir əlavə edib. Bununla yanaşı, o, ərzaq mağazalarının və apteklərin işinə heç bir məhdudiyyətin tətbiq edilmədiyini vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi