Modern.az

Meksikada vertolyot qəzasında hərbçi öldü

Meksikada vertolyot qəzasında hərbçi öldü

Dünya

22 Mart 2020, 10:45

Meksikanın Verakruz əyalətində ölkənin hərbi-dəniz donanması Nazirliyinə məxsus çox təyinatlı "Black Hawk" helikopteri qəzaya uğrayıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Nazirlik "Twitter" səhifəsində xəbər yayıb.

 

Regionun qubernatoru Kuitlauak Qarsiya helikopterdə olan hərbçilərdən birinin həlak olduğunu, doqquzun xəsarət aldığını açıqlayıb. Qəzaya uğrayan helikopterdəki hərbçilərin oğurlanmış insanların azad edilməsi əməliyyatlarına cəlb olunduqları bildirilir.

 

Qəzanın səbəbləri barədə məlumat verilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi