Ermənistanda koronavirusa yoluxma hallarının sayı 190-a çatıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Milli Mərkəzinin saytında bildirilib.

 

Məlumatda deyilir: "Ermənistanda 190 koronavirusa yoluxma faktı təsdiqlənib. İki nəfər sağalıb, xəstəlikdən ölən yoxdur".

 

Qeyd edək ki, daha əvvəl 160 yoluxma faktı təsdiqlənmişdi.