Azərbaycanın işğal olunmuş ərazilərində koronavirusun yayılma riski yüksək olaraq qalır.
Modern.az xəbər verir ki, Laçının Mirik, Bozlu kəndləri ilə yanaşı, Hüsülü kəndi də karantinə alınıb. Bu həmin kəndlərin 3 sakinində koronavirusun tapılmasına görə atılıb.
Bundan başqa, 4-ü polis əməkdaşı olmaql daha 6 şəxs virus simptomları ilə Laçın xəsətxanasına yerləşdirilib. Onlardan 2-də yüksək temperatur aşkar olunub. Təhlükəli tendensiyaya baxmayaraq, qondarma rejim rəhbərliyi “prezident seçkiləri”nin 2-ci turunu keçirəcəklərini elan ediblər.