Modern.az

“Gözəgörünməz düşmənə qarşı çətin savaş aparırıq” - Ərdoğan 

“Gözəgörünməz düşmənə qarşı çətin savaş aparırıq” - Ərdoğan 

10 Aprel 2020, 14:34

“Bu gün gözəgörünməz düşmənə qarşı çətin savaş aparırıq”.

 

Modern.az xəbər verir ki, bu barədə Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Pandemiyanın təsiri nəticəsində qlobal miqyasda sosial-iqtisadi böhran baş verdiyini bildirən Ərdoğan qeyd edib ki, Türk Şurasının fövqəladə Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizədə həmrəyliyi gücləndirəcək.

 

“Allahın izni ilə Türk Dünyası olaraq bu sıxıntılı durumdan da güclənərək çıxacağımıza bütün qəlbimlə inanıram. Pandemiya ilə əlaqədar həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına başsağlığı, xəstələrimizə tezliklə şəfa diləyirəm”, - deyə Türkiyə Prezidenti bildirib.

 

Qeyd edək ki, Türk Şurasının videokonfransla fövqəladə iclası Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilib.

 

T.İSMAYIL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!