Modern.az

İtaliyada karantin müddəti mayın 3-dək uzadıldı

İtaliyada karantin müddəti mayın 3-dək uzadıldı

11 Aprel 2020, 00:17

İtaliyada koronavirus pandemiyasının qarşısını almaq üçün tətbiq olunan karantin və məhdudlaşdırıcı tədbirlər mayın 3-dək davam etdiriləcək.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Cüzeppe Konte bildirib.

Baş nazir qeyd edib ki, məhdudlaşdırıcı tədbirlər mayın 3-dək uzadılacaq: "Belə bir qərar vermək asan deyil, ancaq vacibdir. İndi təslim olsaq, hər şeyi yenidən başlamalı olacağıq. Karantin səbəbindən bağlanan müəssisələrin fəaliyyəti bu müddətdən daha təz bərpa oluna bilər. Amma mayın 3-dən tədricən istehsal və ticarət fəaliyyətinə başlayacağımıza ümid edirik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!