Modern.az

“Twitter”in işində nasazlıq yarandı

“Twitter”in işində nasazlıq yarandı

12 Aprel 2020, 11:00

Dünyanın bir sıra ölkələrində “Twitter” sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur.

 

Modern.az  xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

 

Qeyd edilir ki, nasazlıqlardan ən çox Böyük Britaniya, ABŞ, Rusiya və İspaniyada yaşayan sosial şəbəkə istifadəçiləri şikayət edirlər.

 

Xidmətin məlumatına görə, istifadəçilərin çox hissəsi (49%) saytın işində nasazlıqların olmasından gileylənirlər. Daha 28% istifadəçi “iPhone” və ya “iPad”-ın proqramlarında problemlərlə qarşılaşıb. İstifadəçilərin 22%-i “Android” proqramlarında sosial şəbəkəyə daxil ola bilmədiklərini bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!