Modern.az

Fransada karantin müddəti mayın 11-dək uzadılıb

Fransada karantin müddəti mayın 11-dək uzadılıb

14 Aprel 2020, 08:10

Fransada koronavirus ilə bağlı karantin rejimi mayın 11-dək davam edəcək.

Modern.az xəbər verir ki, Fransa Prezidenti Emmanüel Makron bu haqda televiziya ilə xalqa müraciətində deyib.

Prezident bildirib ki, mayın 11-dən etibarən körpələr evi, uşaq bağçaları, kolleclər və liseylər tədricən açılmağa başlayacaq. Ancaq həmin tarixdə otellərin, restoranların, kafelərin açılması gözlənilmir. Universitetlərdə tədris yaydan əvvəl başlamayacaq.

E.Makron karantin müddətinin artırılmasını əsaslandırmaq üçün bildirib ki, hələ epidemiya tam nəzarət altında deyil, buna görə də qaydaların tətbiqinə davam edilməlidir.

Həmçinin Fransa Prezidenti qeyd edib ki, mayın 11-dən etibarən epidemiyanın əlamətləri aşkarlanan bütün vətəndaşları test etmək mümkün olacaq. Mayın 11-dən hər bir fransız maska əldə edə biləcək və Avropa İttifaqına üzv ölkələrdən başqa digər ölkələr üçün Fransa sərhədləri bağlı olacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?