COVİD-19-a yoluxma ehtimalı yüksək olan yerlərin adı açıqlanıb.
Modern.az xəbər verir ki, rusiyalı həkim-otorinolarinqoloq, tibb elmləri namizədi Vladimir Zaytsev belə məkanları ardıcıllıqla sadalayıb. O ən yüksək yoluxma riskinin apteklərdə olduğunu deyib.
“İzolyasiya və hərəkətin məhdudlaşdırıldığı şəraitdə koronavirusa ən yüksəsk yoluxma riski apteklərdə ola bilər. Çünki belə məkanlar dar olduğu üçün sağlam olmayan insanlarla məsafə saxlamaq çətindir. Ona görə, aptekləri insanların az olduğu saatlarda ziyarət etmək, antiseptik və virus əleyhinə mazlardan yararlanmaq məsləhətdir”.
Həkim virusa yoluxma ehtimalının yüksək olduğu ikinci məkan olaraq ərzaq dükanlarını göstərib. Hər gün yüzlərlə, minlərlə insanın gəlib-getdiyi marketlər, dükanlar potensial risk mənbəyidir.
“Üstünlüyü bağlı, hazır məhsullara vermək və maksimum çox müddətə ərzaq almaq lazımdır”.
Şəxsi maşını ilə işə gedən insanlar da COVİD-19-a yoluxma riskini artırır. Vladimir Zaytsevin fikrincə, yanacaqdoldurma məntəqələrində bu risk xeyli yüksəlir.
“Ev heyvanı gəzdirən zaman da risk var. Ev sahibi binanın qapısına, liftin düyməsinə toxuna bilir. Digər tərəfdən, heyvan öz caynaqlarında da virusu gətirə bilər. Ona görə evə döndükdən sonra öz əllərinizlə yanaşı, heyvanın ayaqlarını yumaq lazımdır”.
Həkim ən az yoluxma riskinin zibil atarkən olduğunu da qeyd edib.